“Vietnam Airlines” aviaşirkətinə məxsus, Frankfurt-Xo Şi Min reysini həyata keçirən təyyarə 6 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enib. Bu haqda 7 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata əsasən, təyyarənin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən təcili eniş sorğusu göndərib.
Təyyarə yerli vaxtla saat 21:11-də Bakı Hava Limanına eniş edib.
Sərnişinə tibbi yardım göstərilib.