Nəsimi rayonunda təhlükəsizlik adacığı təyinatı üzrə istifadə olunmur. Bu haqda 8 oktyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.

Bakının Hüseynbala Əliyev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində təhlükəsizlik adacığı mövcuddur. Sakinlər bildirirlər ki, hava qaralan kimi, “Memar Əcəmi” metro stansiyasının qarşısında olan həmin adacıq avtomobillər tərəfindən zəbt olunur. Sanki həmin yer sürücülərin görüş yerinə çevrilir. Həmçinin bildirilib ki, bəzi sürücülər təhlükəsizlik adacığından parkinq kimi istifadə edirlər.

Qanunu pozan sürücülər 327.1 (“Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi”) maddəsi ilə 40 manat məbləğində cərimələnə bilərlər.