Bakıda daha bir müasir park tikiləcək. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az Citylife Events İnstagram səhifəsinə istinadən məlumat verir.
Paylaşımda bildirilir ki, hazırda park inşa olunur, parkın dizaynı təqdim olunub. Səhifədə verilən məlumata görə, hazırda parkda tikinti işləri aparılır. Rəsmlər və vizualizasiyalar parkda hovuz, uşaq meydançası və təhsil mərkəzinin tikiləcəyini göstərir. Cığırlar parkın müxtəlif hissələrini birləşdirəcək.
Parkın dəqiq yeri göstərilməyib.
Bakıda yeni müasir park tikiləcək



