Bakıda iki sürücü arasında münaqişə baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Oxu.az məlumat verib.

Sosial şəbəkələrdə 6 gün əvvəl Heydər Əliyev prospektində baş verən hadisənin görüntüləri yayılıb. Sürücülərdən biri digər avtomobilin qarşısına keçib və sürücüsünün ünvanına naməlum səbəbdən nalayiq ifadələr işlədərək nəqliyyat vasitəsinin sahibi ilə mübahisə etməyə başlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nurlan Əliyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.