“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az “Qarabağ” FK-yə istinadən xəbər verir.
Rəqib komanda öz azarkeşləri üçün yalnız 50 bilet istəyib. Bu səbəbdən 26-cı sektorun biletləri bizim azarkeşlər üçün satışa çıxarılıb.
Biletləri İticket.az saytından və ya kassalardan ala bilərsiniz.