Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin məzunu Əli Ələkbərli yüksək göstəricilərə görə dünyanın ən yaxşı 10 universitetinin 7-sinə Hüquq üzrə magistr (LLM) dərəcəsinə daxil olmaq təklifi alıb və bu universitetlərin əksəriyyətindən təqaüd qazanıb. Bu barədə Azərbaycan Universitetləri Facebook səhifəsində məlumat verilib.

Ələkbərli yüksək nəticə ilə aşağıdakı ali məktəblərdən təklif alıb:

✓Stanford Universiteti;

✓ Oksford Universiteti (qismən təqaüdlə);

✓ Kembric Universiteti (tam təqaüdlə);

✓ Kolumbiya Universiteti (qismən təqaüdlə);

✓ Nyu-York Universiteti (bütün təhsil və yaşayış xərclərini qarşılayan 120.000 ABŞ dollarlıq “Hauser Global Scholarship” proqramı ilə);

✓ UC Berkeley (qismən təqaüd);

✓ London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE).

Əlinin seçimi hüquq və texnologiyanın birgə öyrənilməsi üçün dünyanın ən yaxşı universiteti olan Stenford Universitetinə (Hüquq, Elm və Texnologiya) düşdü.

Prezident təqaüdçüsü Ə.Ələkbərli 2018-ci ildə DİM-in magistraturaya keçirdiyi qəbul imtahanında və 2021-ci ilin fevralında doktoranturaya keçirilən qəbul imtahanında ölkə üzrə ən yüksək nəticə göstərib.