Mərdəkan Mədəniyyət Sarayında ilk dəfə TV-prodüser kursu fəaliyyətə başlayacaq. Bu haqda 11 oktyabr tarixində Bakuplus.az məlumat verir.

4 aylıq kurs müddətində iştirakçılar televiziya sahəsində fəaliyyət göstərmək üçün lazım olan biliklərə yiyələnmək, həmçinin bilikləri daha da təkmilləşdirmək fürsəti əldə edəcəklər. Dərslər peşəkar televiziya mütəxəssisi tərəfindən aparılacaq və qrup şəklində tədris olunacaq.

Sahələr:

  1. TV-Prodüser;
  2. Ssenarist;
  3. SMM;
  4. Operator;
  5. Rejissor.

Ətraflı məlumat almaq üçün 012 454 33 25, 012 454 74 82 nömrələri ilə əlaqə saxlamaq mümkündür.