Bakının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində uşaqlar üçün rəsm üzrə “Little YARAT” ustad dərsləri təşkil olunacaq. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Ustad dərsi Azərbaycanın Əməkdar rəssamı Yelena Haqverdiyeva tərəfindən keçiriləcək. Tədbir zamanı iştirakçılar taxta səth üzərində akril boyalar ilə fərqli ornamentlər çəkəcək, rəng və fiqurlar ilə vəhdət yaratmağı öyrənəcəklər.

Dərsə 8-12 yaş arası uşaqlar davət olunur. Qeydiyyat üçün nömrə: 050 251 41 15 (çərşənbə axşamı – cümə, 12:00 – 18:00).