Bakıda 70 yaşlı manyak peyda olub. Bu haqda 12 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Bakı şəhər sakini polisə ərizə ilə müraciət edərək, bildirib ki, ötən gün axşam saatlarında Heydər Əliyev prospektində 70 yaşlı qoca bir kişi onun 9 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edib.
İlkin məlumata görə, bu, sözügedən qocanın ilk hərəkəti deyil. Manyak olduğu iddia edilən həmin kişinin daha bir neçə azyaşlı qıza qarşı seksual hərəkətlər etdiyi bildirilir.
Hazırda onun tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.