Bakının Nizami rayonu ərazisində qrup şəklində  narkotik vasitələri qəbul edən 4 nəfər saxlanılıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşları araşdırma aparıblar. Keçirilmiş müvafiq tədbirlər nəticəsində 37 yaşlı Siyavuş Bayramovdan 2 qramdan çox heroin aşkar edilərək götürülüb. Onun barəsində cinayət işi açılıb.

Digər şəxslər:  41 yaşlı Rəsul Quliyev, 39 yaşlı Elxan Məmmədov, 46 yaşlı Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bakıda narkotik qəbul edən şəxslər tutulub
Foto DİN-in rəsmi Youtube kanalı