Bakıda həbsxanada daha bir məhbus vəfat edib. Bu haqda 12 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

Penitensiar Xidmətin müalicə müəssisəsində 53 yaşlı Salman Qurbanov  xəstəlikdən dünyasını dəyişib.

Qurbanov 2015-ci ildə Masallıda şadlıq evinin qarşısında həmkəndlisi, toya gələn 39 yaşlı İntizam Rzayevin ürəyinə 3 dəfə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.