“Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı vətəndaşlardan ictimai nəqliyyata üstünlük vermələri və əraziyə 1 saat əvvəl gəlmələri xahiş olunur.

“Stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir”, – mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev əlavə edib.