Fransa prezidenti Emmanuel Makron son çıxışında Azərbaycan barədə bir sıra fikirlər bildirib. Onun sözləri Azərbaycan cəmiyyətinin qəzəbinə səbəb olub. Siyasətçilərin fikrincə, bu addım Cənubi Qafqazda sülhün yaranmasına maneə olur.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, fərqli görüşlərdə həmişə Fransalı kolleqalarımıza vurğulamışıq ki, iki ölkənin arasındakı münasibətə xələl dəyməməlidir, ancaq Fransanın Ermənistanın maraqlarını qorumağı bəzi suallar yaradır.

Bu kimi addımlar Fransanın Azərbaycan və Ermənistan arasındakı danışıqlarda kömək olmaq istəyini şübhə altına salır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin fikrincə, əgər Ermənistana lazımi təzyiq göstərilsə idi, 13-14 sentyabr tarixlərindəki təxribatın qarşısını almaq olardı. Fransa həmin günlərdə baş verənlərə görə birbaşa məsuliyyət daşıyır.

Emmanuel Makronun “Bizim prinsiplərimizi nə qaz, nə də neft ilə almaq mümkün deyil” sözləri belə fikir yaradır ki, Yunanıstan, Bolqarıstan, İtaliya, hətta Avrokomisiyanın sədri Ursula Fon Der Layen də öz dəyərlərini qaza görə satıblar. Bu sözləri azərbaycanlı siyasətçi İlqar Vəlizadə deyib.

Bundan əlavə, Fransa senatı 15 noyabr tarixində Azərbaycana qarşı qətnamə layihəsini müzakirəyə çıxaracaq. Əgər qətnamə qəbul edilsə, Fransa tərəfindən ölkəmizə sanksiyalar tətbiq edilə bilər.

Bu layihəyə cavab olaraq, Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan vətəndaşlar petisiya yaradıblar və bununla da xalqımızın səsini Fransa və dünyaya çatdırmaq istəyirlər. Səs vermək üçün buradan keçid etmək olar.

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq