2021-2022-ci tədris ili ərzində Bakıda 11 erkən nikah qeydə alınıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Report Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya istinadən məlumat verib.

Vəliyevanın sözlərinə görə, erkən nikahlar 6-sı Qaradağ, 3-ü Xəzər, biri Nərimanov və biri Nəsimi rayonlarında olmaqla qeydə alınıb.