29 oktyabr tarixində “Qüsursuz nitq” mərkəzinin Bakıdakı hər iki filialında eyni anda “Autizmdə erqoterapiyanın əhəmiyyəti” seminarı baş tutacaq. Bu haqda 15 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Seminarı Gənclik filialında baş erqoterapist Haniyə Tağızadə, Biləcəri filialında isə erqoterapist Ayşən Məmmədova tədris edəcəklər. Autist uşaqların valideynləri, erqoterapist mütəxəssislər, erqoterapiya ilə maraqlanan hər kəs ödənişsiz seminara qatıla bilər.

Yerlər məhdud olduğundan əvvəlcədən yazılmaq lazımdır.

Ünvanlar:

  • Gənclik filialı – Azadlıq prospekti, 97A, 3-cü mərtəbə, 050 485 7525, 055 485 7525;
  • Biləcəri filialı – Rəşid İsmayilov, 11M, 070 485 7525.