Suraxanı rayonu, Yeni Günəşli yaşayış məntəqəsində sürücülər pilləkənləri yol ilə səhv salırlar. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Sürücülər, xüsusən, gecə vaxtı qaranlıq olduğundan bu pilləkənləri görmürlər, nəticədə qəzalar baş verir. Yerli sakinlərin sözlərinə görə, hadisələr yolu tanımayan sürücülərlə baş verir. Onlar naviqator tətbiqlərindən istifadə edərək dönür və pilləkənlərin arasında qalırlar.

Bu piyada yolundan məktəbə gedib-gələn şagirdlər də istifadə edirlər. Avtomobillərin pilləkənlərə düşməsi daha böyük faciələrə səbəb ola bilər.

Suraxanı rayon İcra Hakimiyyətindən bildirildi ki, sakinlər məsələ ilə bağlı şikayət etməyiblər. Əgər bununla bağlı rəsmi qaydada şikayət olunarsa, məsələ araşdırılacaq.

Yeni Günəşlidə sürücülər pilləkənləri yolu ilə səhv salaraq qəza törədir
Foto açıq mənbədən