“Neftçi”nin futbolçusu Emin Mahmudov öz yubiley qoluna imza atıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
Əlamətdar hadisə Azərbaycan Premyer Liqasının X turunun “Kəpəz”lə oyununa təsadüf edib.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub. Bu top Mahmudovun “Neftçi”də ümumilikdə 35-ci qolu olub.
2:0 hesablı qələbə qazanan bakılıların kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.