Bakıda tikiləcək növbəti metro stansiyalarının yerləşəcəyi ərazilər açıqlanıb. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hazırda Xocəsən stansiyasında yekun işlər aparılır, həmçinin Heydər Əliyev adına idman sarayının arxasında, Cəlil Məmmədquluzadə küçəsində də yeni stansiya yaradılır.
Bundan əlavə, Metropolitenin mətbuat katibi Bəxtiyar Hacıyevin sözlərinə görə, 3 ədəd məntəqə “Dərnəgül” və “Koroğlu” stansiyalarının, 4 ədəd isə “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında inşa ediləcək.
Stansiyaların 3-ü Ziya Bünyadov prospekti boyunca, digərləri isə Ağ şəhərin girişi, “Xəzər” televiziyası yaxınlığı, “Nargilə” keçmiş avtomobil zavodunun yanında yerləşəcək və “Həzi Aslanov-2” stansiyası yaradılacaq.