18 oktyabr 1991-ci ildə Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyinə qovuşub. Həmin gün “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Ümummilli lider Heydər Əliyevin 15 oktyabr 1994-cü il tarixli Fərmanına əsasən, 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü dövlət bayramı kimi qeyd edilməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Mənbələr: