Nəsimi rayonunda paytaxt sakininin üzərində narkotik tapılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini Elvin Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı onda heroin aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun “BMW” markalı avtomobilinə baxış zamanı oradan da metamfetamin, 1 ədəd metadon və 4 ədəd preqabalin həbləri götürülüb.
Araşdırma aparılır.