Bakıda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub. Bu haqda BakuPlus.az FHN-in mətbuat xidmətinə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 150 kv.m olan və fəaliyyət göstərməyən obyektdə 8 kv.m sahədə tavan və 3 poqonometr elektrik kabeli yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.