Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində növbəti təmizlik keçirilib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Xəzər rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Qəsəbədə Buzovna qayalıqları adlanan əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub. İməcilik Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında təşkil olunub.
Sözügedən ərazilərdə genişmiqyaslı təmizlik işlərinin aparılması növbəti həftələrdə də nəzərdə tutulub.
