“Azərenerji” ASC-də kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Şimal” Elektrik Stansiyasının direktoru Asəf İsmayılov tutduğu vəzifədən azad edilərək “Bakı” Elektrik Stansiyasına direktor təyin olunub.
Onun əvəzinə “Şimal” Elektrik Stansiyasına direktor vəzifəsinə Pirəli Əlili təyin edilib. O, bundan əvvəl “Yeni Yaşma” Külək Elektrik Parkına rəhbərlik edib.