Paytaxtda yerləşən “Pirallahı-Çörək” ASC fəaliyyətini dayandıra bilər. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Şirkətin İdarə Heyəti 26 noyabr tarixində növbədənkənar iclas keçirəcək. Müzakirə olunacaq əsas məsələ Səhmdar Cəmiyyətinin ləğv edilməsi və ləğvetmə komissiyasının üzvlərinin və sədrinin seçilməsidir.
Yığıncaq “AMAY” ticarət mərkəzində keçiriləcək.