Paytaxtın Pirallahı rayonu, Qala qəsəbəsində şagird öz sinif yoldaşının atası tərəfindən döyülüb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Aldığı zərbələrdən 10 yaşlı Əfqanıstan vətəndaşı Ö.Folmulunun başı əzilib. O, xəstəxanaya yerləşdirilib.

Təfərrüatlar araşdırılır.