Dövlət Gömrük Komitəsi paytaxt ərazisində ölkəyə qanunsuz daxil olan siqaretlər tapıb. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı paytaxt ərazisində hərəkət edən nəqliyyat vasitəsində 35.400 ədəd qanunsuz satışı nəzərdə tutulan siqaret aşkarlanıb.
Ümumilikdə Bakı və Sumqayıt şəhərlərindən 92.960 ədəd ölkəyə qanunsuz salınan siqaret dövriyyədən çıxarılıb.
