Paytaxtın Pirallahı rayonunda sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

68 nömrəli tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onarı narahat edən məsələlər müzakirə olunub. Ən sonda onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.