Paytaxtın Xətai rayonu, 48 saylı tam orta məktəbin akt zalında sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayon prokuroru, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Daha sonra onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.