İsrail mediası azərbaycanlıların Fransa senatına qarşı hazırladıqları petisiya haqda danışıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az İnsanoid-ə istinadən xəbər verir.

23 oktyabr tarixində İsrailin “İton TV” kanalı petisiyanın müəlliflərinin birindən müsahibə alıb.

Afət Abdullayeva ilə aparılan söhbət zamanı təşşəbüsün əsas məqsədləri, kimlər tərəfindən dəstəklənməsi, həmçinin artıq ölkə xaricində yayılması ilə bağlı mövzulara toxunulub.

Biz, Azərbaycan xalqı olaraq Fransa xalqına müraciət edirik. Bu, bizim xalqın ilk böyük təşəbbüsüdür”, – deyə o, vurğulayıb.

Bundan əlavə, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun saytında petisiyaya dəstək olaraq məqalə dərc edilib. Məqalənin müəllifi, Yəhudi Milli Fondunun İdarə Heyətinin sədri Robert Tivyayev hər bir israillini petisiyanı imzalamağa çağırıb.

“Petisiyanın Fransa Senatına təsir edib-etməyəcəyini bilmirəm, amma bir çox israillinin bunu dəstəkləyəcəyini düşünürəm. Mən, həqiqətən, ümid etmək istəyirəm ki, fransızlar indiki vəziyyətdə sönmüş yanğına benzin qatmayacaqlar”, – deyə R.Tivyayev əlavə edib.

Siz də Fransa senatına öz səsinizi çatdırmaq istəyirsinizsə, aşağıdakı linklərə keçid edərək səs verin.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın türk dilində imzalanma qaydası

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq