Yasamal rayonunda su borusunun partlaması nəticəsində paytaxtın heç bir ərazisində su kəsilməyib. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azərsu” ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib ki, partlayış səbəbindən Bakının heç bir ərazisində su təchizatı dayandırılmayıb.
“Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayət qədər su ehtiyatımız var”, – deyə o, əlavə edib.