Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunmuş “Xurşidbanu Natəvan 190 – Muğam və qəzəl gecəsi” adlı tədbir keçirilib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.

Konsert gecəsində mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Natəvan yaradıcılığından söz açıb.

Çıxışlardan sonra BMM-in solistləri Elgiz Əliyev, Vəfa Orucova, Könül Xəlilzadə, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçının Natəvan yaradıcılığından seçmə qəzəlləri muğam üzərində ifa ediblər.

Beynəlxalq Muğam Mərkəzində baş tutmuş gecədə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən qəzəllər deyilib.

Bakıda "Xurşidbanu Natəvan 190 - Muğam və qəzəl gecəsi" adlı tədbir baş tutub
Foto Apa.az saytı