Yaxın vaxtlarda “BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, bununla yanaşı istənilən ödəniş vasitəsi: NFC, “GooglePay”, “ApplePay”, bank kartları və s. ilə ödəniş etmək mümkün olacaq.

“Bunu da düşünürəm ki, vətəndaşların işini rahatlaşdıran, eyni zamanda ictimai nəqliyyata marağı bir az da artıran məsələlərdəndir ”, – deyə nazir müavini qeyd edib.