Bakıda müharibə iştirakçısı Yusif Baxışov yol qəzasında faciəvi şəkildə həlak olub. Bu haqda bu gün, 28 oktyabr tarixində Qafqazinfo məlumat verib.
Yusif Baxışov toydan çıxıb yolu keçmək istəyərkən onu “KamAZ” markalı yük avtomobili vurub. Kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Bildirilir ki, o, Salyanın Xələc kəndində yaşayırdı, Bakıya isə məhz toya görə gəlmişdir.
Qohumların sözlərinə görə, Baxışov Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Həmçinin onun hadisə gününə qədər MAXEHQ kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunub.
