Yaxın günlərdə nümayiş etdiriləcək “Parabüzən” qısametrajlı filminin təqdimatı olub. Bu haqda bu gün, 29 oktyabr tarixində APA məlumat verib.

Tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, deputatlar, kino ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, veteranlar, KİV nümayəndələri iştirak ediblər.

Film 1993-cü ilin aprel-may aylarında Laçın və Kəlbəcər rayonları ərazisində mühasirəyə alınan 19 nəfərdən bəhs edir. Çəkilişlər Kəlbəcərin Çarkənd, Laçının Oğullar və Güləbird kəndlərində aparılıb.

Filmin ssenari müəllifi və rejissoru Ayaz Mirzəyevdir. Film Global Media Group-un dəstəyi ilə çəkilib.

Bakıda “Parabüzən” qısametrajlı filminin təqdimatı keçirilib
Foto Apa.az saytı