Bakının ən böyük qış yarmarkasına hazırlıqlar gedir. Bu haqda bu gün, 29 oktyabr tarixində Bakuplus.az xəbər verir.

Fəvvarələr meydanında təşkil olunan ənənəvi “Soyuq əllər, isti ürək” yarmarkası üçün xüsusi butiklər artıq quraşdırlmağa başlayıb. Meydanın bir hissəsində hərəkətə məhdudiyyət qoyulub.

Yarmarka 1 dekabr 2022-ci ildən 15 yanvar 2023-cü il tarixinə qədər davam edəcək.

Ötən il sözügedən yarmarkadan toplanmış 330.200 AZN vəsait ağır xəstəlikli uşaqların müalicəsinə xərclənib.

“Soyuq əllər, isti ürək” yarmarkası Bakıya qayıdır
Foto BakuPlus.az