Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Sabunçu rayonunda ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin içərisində 3 poqonometr mətbəx mebeli yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 15 kv.m sahədə əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər. Yanğın söndürülüb.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.