Bakıda 2 və 4 noyabr tarixlərində qanvermə xeyriyyə aksiyaları baş tutacaq. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az məlumat verir.
Noyabrın 2-də saat 09:00-dan 15:00-a kimi talassemiyadan əziyyət çəkən uşaqlar üçün “Həyat ver” qanvermə aksiyası keçiriləcək. Təşəbbüs Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası, “Winter Park Plaza”, “Winter Park Hotel Baku”, “Novartis” tərəfindən dəstəklənir.
Ünvan: “Winter Park Hotel Baku”, 2-ci mərtəbə, İclas zalı, Zümrüd otağı. Qan donorları şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalıdırlar.
4 noyabr tarixində saat 11:00-da 6 saylı Bakı “ASAN xidmət” mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qanvermə aksiyası keçiriləcək. Tədbir “ASAN xidmət” mərkəzi könüllülərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə keçirilir.
