“Qarabağ” – ”Frayburq” oyununu idarə edəcək hakimlərin adları bəlli olub. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az xəbər verir.
UEFA Avropa Liqası çərçivəsində keçiriləcək oyuna belaruslu referi Aleksey Kulbakov təyinat alıb. Yan xətt hakimləri Dmitri Juk və Aleh Maslianka olacaq. Dördüncü hakim vəzifəsini Dmitri Dmitriyev yerinə yetirəcək.
Aleksey Kulbakov daha öncə 2014-cü ildə Avropa Liqasının qrup mərhələsində “İnter Milan” – “Qarabağ” matçını idarə edib. Həmin oyun İtalyanların 2:0 hesablı qələbəsi ilə bitmişdir.
“Qarabağ” – ”Frayburq” oyunu 3 noyabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
