Paytaxtın Xəzər rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən tədbirlər çərçivəsində ərazidə təmizlik və abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib, təzə ağac və gül kolları əkilib. Bununla da rayon ərazisində yaşıllaşdırma zolaqları genişlənib.
Bu kimi abadlıq işlərinin davam edəcəyi gözlənilir.