Paytaxtın Binəqədi rayonunda spirtli içki oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əmirxanov rayon ərazisində yerləşən mağazaların birindən 400 AZN dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.