Cari ilin sonunda Pirallahı rayonunda damardaxili məhlulların istehsalı üzrə ikinci dərman zavodu istifadəyə veriləcək. Bu haqda bu gün, 3 noyabr tarixində Report məlumat verib.

“Diamed” dərman preparatları və tibbi plastik məmulatların istehsalı zavodunun direktoru Samirə Hüseynova məlumat verib ki, yeni zavodda 20-yə yaxın adda dərman preparatının (natrium xlorid, Ringer məhlulu, qlükoza və s.) istehsalı nəzərdə tutulub:

“Zavod yerli tələbatı tam ödəməklə yanaşı, həm də xaricə məhsul ixrac edə biləcək. Şirkət yüksək standartlara cavab verən Avropa istehsalı olan avadanlıqlardan istifadə edəcək”.