Paytaxtın Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.

“Xalqlar dostluğu” stansiyasının yaxınlığında motosiklet yolu keçən Vasif Məmmədovu vurub.

Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.