Paytaxtın Yasamal rayonunda moped oğrusu saxlanılıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qafarov adıçəkilən rayon ərazisində Z.Məmmədova məxsus mopedi oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırmalar davam edir.