Noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnaməyə Fransa Senatı tərəfindən baxılacaq. Səsvermənin nəticəsindən asılı olaraq, Ermənistanın müasir silahlarla təmin edilməsi və Qarabağ ərazisində Fransanın “humanitar bürosunun” yaradılması məsələsinə də baxılacaq.

Azərbaycan xalqının bununla bağlı Senata və Fransa xalqına oktyabrın 11-də Mesopinions.com saytında dərc olunmuş müraciəti artıq 90.000-dən çox imza toplayıb.

Bakı şəhərinin bir çox rayonlarında, xüsusilə də avtobus dayanacaqları və bankomatların yanında petisiyaya dəstək çağırışını əks etdirən plakatlar yapışdırılıb. Bu plakatlarda qeyd olunan QR-kodlardan istifadə edərək ölkəmizin maraqlarının müdafiəsi üçün səs verə bilərsiniz.

Sizə QR-kodlardan necə istifadə olunması barədə videotəlimatı təqdim edirik: