Bakıda müxtəlif ölkələrin iştirakı ilə Asiya sərgisi keçiriləcək. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az sərginin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Pakistan, Hindistan, İran, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri kimi ökələrin iştirakı ilə keçirilən sərgidə zərgərlik məmulatları, əl işləri, geyimlər, əl işi dekorasiya məhsulları əldə etmək mümkün olacaq.

Tədbir 8-16 noyabr tarixlərində “Passage 1901”-də təşkil olunacaq. Ünvan: Nigar Rəfibəyli, 12/14 (Köhnə Pasaj bazarı).