1 aydan az müddətə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 10 vətəndaşımız tərəfindən yaradılan və Fransa senatı və xalqına ünvanlanan petisiya artıq 100.000 imza toplayıb.
Bu yolda Azərbaycanın məşhur idmançıları, tanınmış blogerləri və digər peşələrin sahibləri öz dəstəklərini əsirgəmədilər. Petisiyanı müzakirə etmək üçün şəhid ailələri, qazilər və politoloqların iştirakı ilə dəyirmi masa təşkil olundu.
Bizim səsimiz yalnız vətənimizdə deyil, həm də bir sıra xarici ölkələrdə eşidildi. Belə ki, Türkiyə, İsrail, Qazaxıstan, İran və Özbəkistan kimi dövlətlər bizə öz dəstəklərini göstərdilər. Fransa mətbuatı belə petisiya ilə bağlı mövzuları işıqlandırmağa başladı.
Bununla bitmədi; Fransanın Bakı, Moskva, Bişkək, Astana, Kişinyov, Köln və Ankaradakı səfirlikləri və konsulluğu qarşısında aksiyalar keçirildi, müxtəlif şüarlar səsləndi və Gəncədə həlak olan uşaqların şəkilləri nümayiş olundu.
Bundan əlavə, Bakı küçələrində petisiyaya çağırışı əks etdirən plakatlar yapışdırıldı, ölkəmizin maraqlarını müdafiə etmək istəyənlər petisiyaya birbaşa keçid edə bilsinlər deyə xüsusi QR-kod yaradıldı.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı bir daha öz mübarizə əzmini göstərdi və göstərməyə davam edir. Bu gün petisiyanın yaradıldığı Fransanın Mesopinions.com saytında müraciətimiz “Diqqət mərkəzində” kateqoriyasında ilk sıralardadır.
Siz də Fransa senatına öz səsinizi çatdırmaq istəyirsinizsə, aşağıdakı linklərə keçid edərək səs verin.
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Petisiyanın fars dilində imzalanma qaydası
Petisiyanın ingilis dilində imzalanma qaydası
Petisiyanın qazax dilində imzalanma qaydası
Petisiyanın özbək dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq