Azərbaycan komandası paracüdo üzrə dünya çempionatında uğura imza atıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakıda keçirilən çempionatda Azərbaycan yığması Türkiyə kollektivinə qalib gəlməyi bacarıb. Bununla da komandamız qızıl medala sahib olub.
Paracüdo üzrə Dünya çempionatı 7-9 noyabr tarixlərində 40-dan artıq ölkənin iştirakı ilə Bakıda keçirilib.