“Neftçi” Futbol Akademiyası uşaqlar arasında seçimlərə başlayır. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az kluba istinadən xəbər verir.

Seçimlər Futbol Akademiyası tərəfindən 5, 6, 7 yaşlı uşaqlar arasında keçiriləcək. Tədbir 17, 18, 19 noyabr tarixlərində Bakıxanov qəsəbəsində yerləşən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə saat 18:00-da başlayacaq.

İştirak etmək üçün uşağın doğum haqda şəhadətnaməsi təqdim olunmalıdır. Əlavə məlumat üçün +994 50 202 11 20 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.