Paytaxtın mərkəzində avtobus və 2 minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 10 noyabr tarixində xəbər verir.
Neftçilər və Bülbül prospektlərinin kəsişməsində “BakuBus”a məxsus 125 saylı avtobus, “Opel”, “Toyota Prius” və “Mercedes” markalı maşınların iştirakı ilə qəza baş verib.
Avtobusun sürücüsü Məmmədrza Kərimov açıqlamasında bildirib ki, qəzaya səbəb “Opel” markalı avtomobilin sürücüsü olub: “Sahil” metrosu istiqamətində sağ zolaqla gəlirdim. “Opel” markalı avtomobil ötmə edərkən avtobusa dəyib. Daha sonra yol kənarında dayanmış minik avtomobillərinə çarpılıb”.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.





