Paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3, 5, 7 ünvanlarında təmir-bərpa işləri davam edir. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Abadlıq işləri çərçivəsində qurumuş ağaclar budanıb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib. Ərazidə işıqlandırma sistemi yenilənib, eləcə də yeni bordürlər, tamet daşları, asfalt örtüyü vurulub.

Həmçinin binaların giriş qapıları və pəncərələri yenilənib, məhəlləyə söhbətgahlar quraşdırılıb, idman, uşaq və  şahmat meydançalarının yaradılması nəzədə tutulub.

Hazırda yenidənqurma işləri davam edir.

yenidənqurma işlər
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi